Bill Qeyts bütün sərvətini xeyriyyə işlərinə bağışlayacaq

9-05-2025, 10:47 89 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Microsoft-un təsisçisi və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts elan edib ki, qarşıdakı 20 il ərzində təxminən 200 milyard dollar dəyərində olan bütün şəxsi sərvətini Gates Foundation adlı şəxsi fondu vasitəsilə xeyriyyə məqsədlərinə yönəldəcək.

“Demək olar ki, bütün vəsaitimi Gates Fondu vasitəsilə dünyada insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün ayırmağı planlaşdırıram. 2045-ci il dekabrın 31-nə qədər fond öz fəaliyyətini başa çatdıracaq,” – deyə Qeyts şəxsi saytında yazıb.

Reuters qeyd edir ki, milyarder ABŞ prezidenti Donald Trampın bir çox yardım proqramlarını ixtisar etməsinə dolayı yolla tənqid yönəldib. Qeyts bildirib ki, o, yeni doğulmuş körpələrin, uşaqların və anaların qarşısı alına biləcək səbəblərdən ölümünün qarşısını almaq, eləcə də poliomielit, malyariya və qızılca kimi xəstəlikləri aradan qaldırmaq və yoxsulluq səviyyəsini azaltmaq istəyir.

“Ölümüm sonrası insanlar mənim haqda çox şey deyəcək, amma istəyirəm ki, heç olmasa bir şeyi deməsinlər: ‘O, varlı halda öldü’,” – deyə Qeyts vurğulayıb.

CNN xəbər verir ki, Bill və Melinda Qeyts 2000-ci ildə yaratdıqları fondun onlardan sonra da fəaliyyət göstərməsini planlaşdırırdılar. Lakin indi Qeyts bu prosesi sürətləndirmək qərarına gəlib.

Fond yaradıldığı vaxtdan bəri SPİD, vərəm və malyariya ilə mübarizə daxil olmaqla müxtəlif proqramlara 100 milyard dollar ayırıb. Bloombergin məlumatına görə, hazırda Qeytsin sərvəti təxminən 108 milyard dollar olaraq qiymətləndirilir.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031