Pakistanın Hərbi Hava Qüvvələri Hindistanın azı iki qırıcısını vurub

9-05-2025, 10:43 70 dəfə baxılıb

 

Pakistanın J-10 qırıcısı çərşənbə günü Hindistanın azı iki döyüş təyyarəsini vurub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Reuters”ə anonimlik şərti ilə iki amerikalı məmur məlumat verib.

Pakistanın Hindistan qırıcılarına “hava-hava” raketləri buraxmaq üçün Çin istehsalı olan J-10 təyyarəsindən istifadə etdiyi və onlardan azı ikisini vurduğu bildirilir. Başqa mənbə, vurulan Hindistan təyyarələrindən azı birinin Fransa istehsalı olan “Rafale” qırıcısı olduğunu bildirib.

Bununla yanaşı hər iki rəsmi, Pakistanın F-16-larının hava döyüşlərində istifadə edilmədiyini təsdiqləyib.

Pakistanın Müdafiə Nazirliyinin İdarələrarası ictimaiyyətlə əlaqələr xidmətinin baş direktoru Əhməd Şərif Çaudri çərşənbə günü bildirib ki, Pakistan qırıcıları üç “Rafale”, bir MiQ-29 və bir Su-30 MKI daxil olmaqla, azı beş düşmən təyyarəsini vurub.

Hindistan bu xəbərləri rəsmın təkzib edib, lakin yerli rəsmilər “Reuters”ə bildiriblər ki, azı üç Hindistan təyyarəsi Yeni Dehlinin nəzarətində olan Cammu və Kəşmirdə qəzaya uğrayıb.

 

Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü agentliyə məlumatı şərh etməkdən imtina edib.

 

Qeyd edək ki, “Çendu J-10” Çində istehsal olunan dördüncü nəsil bütün hava şəraitinə uyğun çoxməqsədli qırıcı təyyarədir. Bir sıra ekspertlər onu 4+ nəsil kimi təsnif edirlər.

 

Hazırda Çin və Pakistan Hərbi Hava Qüvvələrində xidmətdə olan J-10CE modifikasiyasının Misirə ilk tədarükü bu ilin fevralında bildirilib.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031