Trampın Ərdoğandan acizanə xahişi var

8-05-2025, 10:42 204 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirmək üçün yenidən vasitəçilik edə bilər.

"Türkiye" qəzetinin məlumatına görə savaş başlayanda əsir mübadiləsini təşkil edən, Moskva ilə Kiyevi İstanbula gətirib masaya otuzduran və Taxıl Dəhlizi Anlaşmasına imza atdıran Ankara indi bir daha təşəbbüs göstərməyə hazırlaşır.

AK Partiya millət vəkilləri ilə görüşən Xarici İşlər naziri Hakan Fidan da Ərdoğan-Tramp əlaqəsindən danışıb. Fidan deyib ki, bölgədəki ölkələr tez-tez Türkiyəyə müraciət edərək, "Trampın sözünü dinləyəcək tək müsəlman lider sizsiniz, fikirlərinizi ona çatdırın" deyirlər.

Məlum olub ki, ABŞ Prezidenti Tramp da şəxsən Ərdoğandan dəstək istəyib. Tramp bazar ertəsi telefonla danışdığı Ərdoğana Rusiya-Ukrayna savaşını bitirməklə bağlı gözləntilərini çatdırıb və birlikdə işləməyi təklif edib.

Türkiyə Qara dənizdə savaş riskini tam aradan qaldırmaq və bölgədə sabitlik yaratmaq üçün ABŞ-a dəstəyə hazır olduğunu bildirib.

Yaxın günlərdə Türkiyənin Rusiyanın elan etdiyi 8-11 may atəşkəsinin daimi olması üçün təşəbbüs göstərəcəyi gözlənilir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031