Ağ Evdə qalmaqal: Tramp Papa kimi təsvir olunan fotoya münasibət bildirdi

6-05-2025, 09:54 95 dəfə baxılıb

 

Həyat yoldaşı Melaniya fotonu “şirin” hesab edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp onun Papa obrazında təsvir olunduğu fotoya münasibət bildirib. Söhbət mayın 3-də “X” sosial şəbəkəsində – Ağ Evin rəsmi hesabında yayımlanan və geniş rezonansa səbəb olan görüntüdən gedir.

Jurnalistlərin bu şəkilə dair sualına cavab verən Tramp bildirib ki, onun bu fotoya heç bir aidiyyəti yoxdur:

“Siz deyirsiniz ki, onlar – tənqidçilər – zarafatı anlamırlar? Söhbət katoliklərdən getmir, saxta mediadan gedir. Katoliklərə bu xoş gəldi. Mənim bununla heç bir əlaqəm yoxdur. Ola bilər, süni intellektin işidir.”
Tramp əlavə edib ki, həyat yoldaşı Melaniya fotonu “şirin” hesab edib.

Papa obrazında Tramp: necə başladı?

Xatırladaq ki, bir neçə gün əvvəl Donald Tramp zarafatla bildirib ki, Papa olmaq onun “prioritet seçimi” olardı. Bu sözlər Papa Fransiskin ölümündən dərhal sonra və yeni pontifikin seçilməsi üçün keçiriləcək konklav ərəfəsində səsləndirilib.

Elə bundan az sonra Trampın süni intellekt vasitəsilə yaradılmış fotosu internetdə yayılıb. Onun Papa geyimində təsvir olunduğu bu görüntü cəmiyyətdə, xüsusilə də katolik icmasında ciddi narazılıq yaradıb.

Nyu-York kardinalı Timoti Dolan bu görüntünü “uğursuz” adlandıraraq onu “brutta figura” – yəni “biabırçılıq” kimi xarakterizə edib. O, Trampın bu görüntünün yaradılmasında birbaşa iştirak etmədiyinə ümid etdiyini də əlavə edib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031