Belçikada təhlükəli vəziyyət ELAN EDİLDİ

4-05-2025, 17:35 209 dəfə baxılıb

Belçika Baş Qərargah rəisi Frederik Vansina federal hökuməti daha tez silah ala bilmək üçün böhran vəziyyət elan etməyə çağırıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" qəzeti xəbər verib.

"Ya müharibə, ya da sülh, lakin bu gün biz ortada bir yerdəyik, təhlükənin artdığı hibrid vəziyyətdəyik", - deyə Frederik Vansina bildirib.

Onun sözlərinə görə, Belçika hazırda silahları sülh zamanı rejimində, çətin və ləng dövlət bazarları vasitəsilə alır. Eyni zamanda, o, “gecə-gündüz tanklar, təyyarələr və silahların istehsal edildiyi” Rusiyanı qeyd edib.

Baş Qərargah rəisi silah tədarükünü sürətləndirməkdən əlavə, limanların və rəqəmsal şəbəkələrin təhlükəsizliyinin gücləndirilməsindən də narahatdır.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031