“Hindistan yaxın 24-36 saat ərzində zərbə endirmək istəyir” – Pakistanlı nazir
“Biz Hindistanın yaxın 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarına malikik”.
Yenisirvanli.İnfo.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.
Nazir bunları Hindistanın Pakistanı Kəşmirdə 26 turistin ölümünə səbəb olan hücumun arxasındakı silahlıları dəstəkləməkdə ittiham etməsi fonunda deyib. İslamabad ittihamları rədd edir.
Tarar, Hindistanın hücumdan zərbə üçün “yalançı bəhanə” kimi istifadə etmək niyyətində olduğunu və bu cür hərbi avantürizmin qəti və inamlı cavab ilə qarşılanacağını deyib.
Xatırladaq ki, Pahalqam turizm şəhəri yaxınlığındakı hücum mübahisəli ərazidə son iyirmi ildə mülki şəxslərə qarşı ən ölümcül hücum olub. Həm Hindistan, həm də Pakistan bölgəyə iddialıdır və bu bölgə uğrunda iki müharibə aparıb. Hər iki tərəfin qoşunları son günlər sərhəddə arabir atıcı silahlardan atəş açıblar.
Yenisirvanli.İnfo.Az
« May 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |