Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Bu gün, 12:48 56 dəfə baxılıb

 

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “CNN” öz hesablamalarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib. Lakin ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Belə ki, bir neçə ixtisar dalğasından sonra onun fəaliyyəti dayandırılıb.

Təhsil idarəsi işçilərinin 51%-ni ixtisar edib, 12 regional şöbədən 7-ni bağlayıb. ABŞ-nin Mənzil və Şəhər İnkişafı Departamenti ilə yanaşı Səhiyyə və İnsan Xidmətləri Departamentinə daxil olan Milli Sağlamlıq İnstitutu əhəmiyyətli sayda işçisini itirib.

Televiziya şirkətinə müsahibə verən ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur./Report



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930