“İmamoğlu işi” ilə bağlı daha 47 nəfər TUTULDU

26-04-2025, 13:27 79 dəfə baxılıb

 

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində ikinci dalğa əməliyyat keçirilib.

Yenisirvanli.İnfo.Az TRT kanalına istinadən xəbər verir ki. İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyat nəticəsində nəticəsində aralarında Şafak Başa və Murat Ongunun həyat yoldaşı Gözdem Ongunun da olduğu 47 nəfər saxlanılıb.

Əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun Ekrem İmamoğluna qarşı başladığı istintaq çərçivəsində aparılıb. İmamoğlu və digər şübhəlilər barəsində “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “rüşvət”, “dələduzluq” və “müsabiqəyə müdaxilə” kimi maddələrlə araşdırma davam edir.

Saxlanılanlar arasında İBB-nin yüksək vəzifəli şəxsləri və İmamoğlunun yaxın çevrəsindən olan şəxslər də var. Məlum olub ki, şübhəlilərin toplantı keçirdiyi hoteldə təhlükəsizlik kameraları qəsdən bağlanıb.

İBB-yə qarşı ilk əməliyyat mart ayında keçirilmiş və 94 nəfər saxlanılmışdı, onlardan 54-ü həbs olunmuşdu. Saxlanılan 47 nəfər ifadə üçün İstanbul Mali Cinayətlər İdarəsinə aparılıb. 6 nəfərin isə axtarışları davam edir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031