Türkiyədə zəlzələ oldu

25-04-2025, 10:27 169 dəfə baxılıb

 

Türkiyənin Qərbindəki Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) qeydə alınmış zəlzələnin ocağı 8,81 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl AFAD Mərmərə dənizində baş vermiş güclü zəlzələ ilə əlaqədar 291 afterşokun qeydə alındığına dair bəyanat yaymışdı.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031