Zelenski Xarkova görə ABŞ-ni qınadı

19-04-2025, 11:01 55 dəfə baxılıb

 

Ukrayna prezidenti Vladimir Zelenski dünən səhər saatlarında Rusiyanın Xarkova növbəti raket hücumuna cavab verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, öz Telegram kanalında Rusiyanın zərbəsi nəticəsində adi yaşayış binalarına ziyan dəydiyini, yüzdən çox insan yaralandığını qeyd edib:

“Adi bir şəhərə – Mübarək Cümə günü, Pasxa bayramı ərəfəsində bu cür raket zərbələri endirmək üçün əsl alçaq olmalı və həyata nifrət etməlisiniz. Bizi bu rus şərindən qoruya biləcək Patriot sistemləri və raketləri üçün ilk növbədə ABŞ-yə müraciət etdikdə, biz hər bir xalqın müdafiə olunmağa layiq olduğunu düşünürük”.

Eyni zamanda prezidentin qeyd edib ki, “belə olmamalıdır ki, bəzi insanlar daha çox, bəziləri isə daha az yardıma layiqdir”: “Kömək etmək xristianlıqdandır. Xüsusilə də belə bir fürsət olanda – kömək etmək. Həm də elə olmamalıdır ki, hansısa terrorçu nədənsə nəticələrdən qaça bilsin, baxmayaraq ki, o, başqaları kimi insanların həyatını məhv edir.

Rusiya ən azı sərt sanksiyalara layiqdir, bu, etdiyi hər şeyə görə cəzadır” Musavat.com



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930