ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

17-04-2025, 11:17 122 dəfə baxılıb

ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.

“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, bu, aprelin 19-da İranın nüvə proqramı üzrə ABŞ və İran arasında keçiriləcək məsləhətləşmələrin ikinci raundu ərəfəsində baş verib. Amerikanın “Axios” portalının məlumatına görə, görüş Romada baş tutacaq.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031