ABŞ Kiyevə yardı qaytarmaq üçün tələbi 100 milyard dollara qədər azaldır
Birləşmiş Ştatlar Ukraynaya yardım üçün xərclənən məbləğin qaytarılması tələblərini yumşaldıb...
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bloomberg bu barədə mənbələrə istinadən yazıb.
İndi Kiyev 300 milyard dolların təxminən 100 milyard dollarını qaytarmağa borcludur. Agentliyin məlumatına görə, bu qərardan əvvəl iki tərəf arasında keçən həftə danışıqlar aparılıb. Ukrayna hakimiyyəti və Ağ Ev administrasiyası məsələ ilə bağlı şərh verməkdən imtina edib.
ABŞ-ın maliyyə naziri Skot Bessentin sözlərinə görə, Ukrayna tərəfi nadir torpaq sazişi ilə bağlı təklif irəli sürüb və danışıqlar hələ də davam edir. "Biz buna çox, çox yaxınıq. İmzalanma hətta bu həftə baş verə bilər", deyə Bessent bazar ertəsi Bloomberg News-a bildirib.
ABŞ və Ukrayna arasında aprelin 11-12-də baş tutan texniki məsləhətləşmələr kifayət qədər konstruktiv olub, Bloomberg mənbələrindən biri aydınlıq gətirib. Agentliyin digər mənbəsinə görə, Vaşinqton əvvəlcə Kiyevə yardıma xərclənən pulu ölkə fonduna investisiya kimi qiymətləndirmək istəyib. Son nəticədə Ukrayna ABŞ-ı bu addımı atmaqdan çəkindirə bilib.
ABŞ prezidenti Donald Tramp fevralın sonunda Kiyevin 300 milyard dollar borcundan danışıb. Həmin vaxt Amerika lideri qeyd edib ki, ölkə Ukraynaya "heç bir uçotu olmayan" pul göndərib. Ukrayna prezidenti Volodimir Zelenski cavab olaraq bildirib ki, Tramp Rusiya dezinformasiyasının qurbanı olub.
Yenisirvanli.İnfo.Az