Tramp: Üç nəfərə görə milyonlarla insan öldü

15-04-2025, 09:00 47 dəfə baxılıb

 

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarının alınması ilə bağlı təklifinə münasibət bildirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,Tramp bu barədə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında danışıb.

“O həmişə raket əldə etmək axtarışındadır. Baxın! Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyini ümid edə bilməzsən.”, – o deyib.

Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərini necə verdiyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə məhz beləcə qalib gəliblər.

“Onları “Javelin”lərlə məhv etdilər. Belə bir deyim var ki, o vaxt Obama onlara çarpayı, Tramp isə Javelin verdi. Amma bu, heç vaxt olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərin ucbatından milyonlarla insan öldü. Bunlardan birincisi Putinin. İkincisi nə etdiyini bilməyən Bayden. Üçüncü isə Zelenski. Mənim işim isə bunu dayandırmağa çalışmaqdır.”, – deyə Tramp əlavə edib. /APA



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930