İranda səkkiz Pakistan vətəndaşı güllələndi: Şahbaz Şərif Tehrana çağırış etdi

14-04-2025, 18:41 5 dəfə baxılıb

 

 "Azad İran" "Telegram" kanalı xəbər verir ki, aprelin 12-i səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Mehristan şəhərində azı 8 Pakistan vətəndaşı naməlum silahlı şəxslər tərəfindən güllələnib.

Məlumata görə, yaraqlılar avtomobil təmirçisi işləyən pakistanlıları əl və ayaqlarını bağladıqdan sonra qətlə yetiriblər.

Öldürülən Pakistan vətəndaşlarından beşinin kimliyi açıqlanıb. Hələlik təqsirkarların kimliyi bəlli deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan vətəndaşlarının qətli ilə nəticələnən terror aktını pisləyib. O, İranı təqsirkarları üzə çıxarmağa və onları cəzalandırmağa çağırıb:

"İran hökuməti təkcə cinayətkarları həbs etməməli, həm də bu iyrənc hadisənin səbəblərini ictimaiyyətə izah etməlidir".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031