Çin Trampa belə cavab VERDİ – Ticarət müharibəsi gərginləşir

9-04-2025, 18:21 65 dəfə baxılıb

 

ABŞ-Çin ticarət gərginliyi yeni mərhələyə qədəm qoyur. ABŞ-ın 104%-lik gömrük tarifi qərarına cavab olaraq Çin 84%-ə qədər əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi tərəfindən rəsmi bəyanat yayılıb.

ABŞ Prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi 104%-lik tarif qərarına Çin administrasiyası sərt cavab verib. Çin Maliyyə Nazirliyi tərəfindən yayılan rəsmi bəyanatda ABŞ mallarına əlavə 84% gömrük rüsumu tətbiq ediləcəyi bildirilib. Qərar əvvəlcə 34% səviyyəsində planlaşdırılsa da, Çin bu rəqəmi kəskin şəkildə artıraraq qlobal iqtisadi gərginliyi bir qədər də artırdı.

Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ünvanladığı bəyanatda ABŞ-ın bu addımını “qlobal ticarətə təhlükə” adlandırıb. Çinin ÜTT missiyası vəziyyətin təhlükəli şəkildə gərginləşdiyini və Pekinin bu ehtiyatsız hərəkətə qarşı olduğu mesajını verib./Milli.az/



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930