Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib-VİDEO

8-04-2025, 14:17 99 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb.

Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb.

Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər.

Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var.

“Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, – Zelenski əlavə edib.Tia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031