Hakan Fidan İsrailə xəbərdarlıq edib

8-04-2025, 10:53 64 dəfə baxılıb

 

“İsrail regionda xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır, seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrail öz xarici siyasətində daha məsuliyyətli olmalıdır:

“Seçdiyi strategiya – xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”.

Fidanın fikrincə, İsraildə iki əsas siyasi istiqamət var. Belə ki, birincinin tərəfdarları region ölkələri ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa, ikincisi isə qonşularını zəiflədərək yəhudi dövlətinin təhlükəsizliyini qorumağa çalışır.

“İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu da məhz bu ikinci siyasi istiqamətə aiddir. Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, lakin bir çox problemlərə səbəb olub”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930