648 nəfər dönərdən zəhərləndi - Xəstəxanalar dolub-daşdı…

5-04-2025, 11:09 202 dəfə baxılıb

 

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən bir yeməkxanadan toyuq dönəri yeyən 648 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu şəxslər ürəkbulanma, qusma və ishal kimi simptomlarla xəstəxanaya çatdırılıb.

Müalicədən sonra 646 nəfər evə buraxılıb, 2 nəfərin isə müalicəsi davam edir. Hadisə ilə əlaqədar yeməkxananın sahibləri E.T. və K.Y. həbs olunub və müəssisə bağlanıb. Aparılan analizlər nəticəsində götürülən nümunələrin Türkiyə Qida Kodeksi Mikrobioloji Kriterlər Nizamnaməsinə uyğun olmadığı müəyyən edilib.

Digər tərəfdən, Bursa vilayətinin Yenişehir rayonunda 47 nəfərin toyuq dönərindən zəhərləndiyi iddiası ilə bağlı aparılan araşdırmada götürülən nümunələrin qida kodeksinə uyğun olduğu müəyyən edilib və yeməkxana yenidən fəaliyyətə başlayıb.Yenisabah.az  


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031