Çin TikTok-un ABŞ aktivlərinin satışından imtina etdi
Sosial media nəhəngi TikTok-un ABŞ-dakı aktivlərinin satılmasına dair razılaşma Çinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi cavab tarifləri ilə bağlı razılaşmanı rədd edəcəyini bildirməsindən sonra ləğv olunub.
Yenisirvanli.İnfo.Az musavat.com-a istinadən xəbər verir ki, müqavilə daha əvvəl TikTok-un sahibi olan Çinin “ByteDance” internet holdinqi və ABŞ hökuməti tərəfindən təsdiqlənib.
Mənbələr bildiriblər ki, razılaşma TikTok əməliyyatlarının ABŞ-da yerləşən və əsasən amerikalı investorlara məxsus olan yeni bir şirkətə köçürülməsini nəzərdə tutur.
Həmçinin bildirilir ki, müqavilə uğurla imzalansa, ByteDance-in ABŞ TikTok aktivlərindəki payı 20 faizdən az olacaq.
Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün (5 aprelə qədər) təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTok-un yarısına sahib olmalıdır, lakin bunun dəqiq nə demək olduğunu izah etməyib. Tramp daha əvvəl demişdi ki, o, platformaya qarşı “isti münasibəti” var, çünki onun gənc amerikalı istifadəçilərinin səsləri 2024-cü ilin noyabrında keçirilən seçkilərdə onun qələbəsinə töhfə verib.
Çindən idxala 34 faiz rüsum tətbiq etdikdən sonra Tramp Çinə qarşı tarifləri yumşaltmaq şərti kimi Pekinin TikTok-un satışına razılıq verməsini qeyd edib. Pekinin ABŞ-dan bütün idxala eyni həcmdə rüsum tətbiqi qərarı açıqlandıqdan sonra isə ABŞ prezidenti ölkədə TikTok sosial şəbəkəsinin fəaliyyətinin daha 75 gün uzadılması haqqında sərəncam imzalayıb.
Yenisirvanli.İnfo.Az