ABŞ-a viza üçün müraciət edən şəxslərin sosial media hesabları yoxlanılır

2-04-2025, 10:29 87 dəfə baxılıb

 

ABŞ dövlət katibi Marko Rubionun xarici nümayəndəliklərə ABŞ-a viza üçün müraciət edən şəxslərin sosial media hesablarını yoxlamağı tapşırdığı bildirilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, sosial media hesablarının yoxlanması həmin şəxslərin Fələstin tərəfdarı olub-olmadığını müəyyən etmək üçündür.

“New York Times“a müsahibə verən və adı açıqlanmayan dövlət rəsmiləri martın 25-də göndərildiyi deyilən təlimatla bağlı məlumat veriblər.

Məlumata görə Rubio ABŞ-ın xarici nümayəndəliklərinin əməkdaşlarına tələbə və digər vizalarla bağlı müraciət edən, ABŞ və İsraili tənqid edən şəxslərin ölkəyə girişinin qarşısını almaq məqsədilə sosial media hesablarını nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, Rubio 300-dən çox əcnəbi tələbənin vizalarını ləğv etdiklərini açıqlamışdı.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031