Əsədin silahlıları Suriyanın təhlükəsizlik patrulunu atəşə tutublar

1-04-2025, 11:47 106 dəfə baxılıb

 

Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən Dəməşqin kənarında atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Toqquşma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb”, - məlumatda deyilir.

Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb. Silahlıların bəziləri hadisə yerindən qaça bilib.

Xatırladaq ki, martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə keçmiş prezidentin 15 silahlı tərəfdarı saxlanılıb.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031