Baş DYP İdarəsindən çağırış: Bayram günlərində təhlükəsizliyi unutmayaq!

19-03-2025, 11:04 91 dəfə baxılıb

 

Bayram günlərində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün sürücülərlə maarifləndirici görüşlər davam edir. Növbəti belə görüş Bakı Beynəlxalq Avtovağzalında təşkil olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, tədbirdə bayram ərəfəsində yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.

Qaydalara əməl edin, bayramı təhlükəsiz keçirin!

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031