Nazirlikdən direktorlara XƏBƏRDARLIQ: Hədiyyə yığılması qadağandır

3-10-2026, 09:58 217 dəfə baxılıb

 

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü əlaqədar olaraq təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq məzmunlu rəsmi tapşırıq ünvanlayıb.

Yenisirvanli.İnfo.Az Yurd.Media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırov tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə göndərilən sənəddə bildirilir ki, məktəblərdə təhsilverənlərlə təhsilalanlar və onların valideynləri arasında münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə qətiyyətlə əməl olunmalıdır.  

Xəbərdarlıqda xüsusi olaraq vurğulanır ki, təhsilverənlər tərəfindən valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyələrin (maddi və qeyri-maddi nemətlər, qiymətli əşyalar, pul və s.) istənilməsi, qəbul edilməsi, habelə bu məqsədlə hər hansı təşəbbüsün təşkili tamamilə qadağandır və bunun qarşısı dərhal alınmalıdır.  

Məktəb rəhbərlərinə tapşırılıb ki, qeyd olunan tələblərlə bağlı müəllimlər, şagirdlər və valideynlər arasında maarifləndirmə işləri aparılsın, qaydalara riayət olunmasına ciddi nəzarət edilsin və hər hansı pozuuntu və yaneqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görülsün.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031