Ramazan ayı dələduzların gəlir mənbəyinə çevrilib – XƏBƏRDARLIQ

17-03-2025, 13:30 368 dəfə baxılıb

 

Kiberdələduzlar indi də “Ramazan ayı” kampaniyası adı ilə vətəndaşları aldadırlar.

 
Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir.

SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyələr təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir.

Kiberdələduzlar prosesi o qədər peşəkarlıqla yaradıblar ki, bu, vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər.

Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqdan öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür.

Daxili İşlər Nazirliyi (DİN) də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir.

Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930