Yasamalda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

15-03-2025, 19:00 348 dəfə baxılıb

 

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları və digər şəxslər iştirak edib.

Mərasimdə Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olması vurğulanıb. Müqəddəs Qurani-Kərimdən ayələr oxunularaq və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilib.

Mərasəm gənc xanəndə Yusif Cəfərbəylinin ifasında müxtəlif musiqi nömrələrinin səslənməsi ilə davam edib.

 

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031