Azərbaycanda zorakılığa məruz qalan kişilər üçün sığınacaqlar YARADILIR?

19-02-2025, 10:53 3 dəfə baxılıb

 

2024-cü ildə ölkədə 52 kişi qadınlar tərəfindən psixi və iqtisadi zorakılığa məruz qalıb.

Yenisirvanli.İnfo.Az  xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Baku TV Azərbaycanda kişilərin qadın zorakılığına məruz qalması ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Vətəndaşlar “kişilər niyə zorakılığa məruz qalırlar” sualına müxtəlif cavablar veriblər.

“Kişilər vaxtında evə yığışsınlar, döyülməsinlər”, “Yəqin ki, özlərini yaxşı aparmırlar”, “Çünki kişilər indi iş tapa bilmirlər, pulları yoxdur. Qadınlar işləyirlər, hökmləri çoxdur”, – deyə sakinlər mövzuya münasibət bildiriblər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova kişilər üçün sığınacaq yaradılmasını vacib hesab edir:

“Kişilər daha çox psixi və iqtisadi zorakılığa məruz qaldığından təhlükə yox, qısnamalar var. Həmin şəxslər ölkədəki reabilitasiya mərkəzlərinə müraciət edə bilərlər. Amma 12-18 yaşlı oğlanlar üçün sığınacaq mütləqdir. QHT-lərin nəzdində sığınacaqların açılmasına ehtiyac var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, gələcəkdə kişilər üçün sığınacağın yaradılması məsələsi gündəmdə deyil.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930