Milli Məclisdən ətin bahalaşmasına REAKSİYA

15-03-2025, 12:46 104 dəfə baxılıb

 

“Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Son illər iri və xırdabuynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir.

Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”, – deputat vurğulayıb.

Bundan başqa, T.Rzayev bəzi məktəb və bağçaların qazlaşdırılmasında olan ciddi çətinliklərlə bağlı da danışıb:

“Ciddi çətinlik var və bu, davam edir. Qaz xəttinin məktəbin, uşaq bağçasının yaxınlığından keçməsinə baxmayaraq, qışda uşaqlar soyuqda dərs keçməli olurlar. Digər rayonlarda olduğu kimi, Ağcəbədidə də belə məktəb və uşaq bağçaları var”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930