“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - VİDEO

15-03-2025, 12:24 471 dəfə baxılıb

 

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə "Xəzər TV"yə sakinlər məlumat veriblər. 

Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər. 

Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: "Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi..."

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir".

Daha ətraflı süjetdə:

Milli.Az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930