Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib

Bu gün, 17:20 1 861 dəfə baxılıb

Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.


“Yenisirvanli.info.az”  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib.


Bildirilib ki, intizam məsuliyyətinə cəlb olunan əməkdaşlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.


Həmçinin qeyd edilib ki, hesabat dövründə kadr işinin müasir tələblərə uyğun təşkili və təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci müsabiqə elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031