Pensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqində - Foto

Bu gün, 12:42 1 315 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiya və ünvanlı dövlət sosial yardım alan şəxslərə ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda (seçilmiş müəssisələrin siyahısı sosialterefdash.az saytında qeyd edilmişdir) xüsusi endirim imkanları təqdim olunur.


“Yenisirvanli.info.az” xəbər verir ki, layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodu da tətbiqə əlavə edilib.Artıq vətəndaşlar “e-Sosial” xidmətlərindən, o cümlədən “Sosial Tərəfdaş” pensiyaçı endirim barkodundan - “mygov” mobil tətbiqi vasitəsi ilə yararlana bilərlər.


Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməyi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etməyi kifayətdir. “mygov” platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.


“mygov” mobil tətbiqini keçid vasitəsilə yükləyə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031