“Xarıbülbül”ün II günü də maraqlı təqdimatlarla yadda qalıb - Video

15-05-2026, 13:19 1 256 dəfə baxılıb


Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının ikinci günü də maraqlı təqdimatlarla yadda qalıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı davam edir.


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib. Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. 


“Romans və mahnı səhəri” adlı konsert proqramında görkəmli bəstəkarlar Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun sevilən əsərləri səslənib. 


Dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov, Mara Hüseynova ifa ediblər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031