“Valideynlər övladlarını ərköyün böyüdür, müəllimin tərbiyəsinə də mane olurlar”

18-04-2026, 15:53 998 dəfə baxılıb

 

“Bu gün təhsildə ciddi çağırışlar var və müxtəlif transformasiyaların şahidi oluruq. Süni intellekt sürətlə həyatımıza daxil olur, dünyada da təhsilə baxışlar dəyişir. Bunlar bizdən də təhsildə yeni yanaşmaları tələb edir”.


“Yenisirvanli.info.az” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda keçirilən beynəlxalq forumda səsləndirib.


Deputat son günlərdə dünyada və Türkiyədə məktəblərdə baş verən xoşgəlməz hadisələrdən bəhs edərək bizim yeniyetmələrin də zaman-zaman müxtəkif təsirlərə məruz qaldığını bildirib: “Bu kimi vəziyyətlərdə üzərində durmalı olduğumuz məsələlərdən biri də valideynlərlə və onların təhsil prosesində iştirakı ilə bağlıdır. Burada bir neçə istiqamətdə işlər getməlidir. Universitetlər öz işini görür, mütəxəssis yetişdirir, amma valideynin bu prosesə nə qədər hazır olduğunu bilmirik”.


C.Məmmədov qeyd edib ki, bu prosesdə təhsil müəssisələri və müəllimlərin işi olduqca çətindir: “Bəzi valideynlər övladlarını həddindən artıq ərköyün böyüdürlər, onlar övladlarının bütün istəklərini yerinə yetirməyə çalışırlar. Bu gün tədris prosesində artıq cəza üsulu effekt vermir. Bir sıra hallarda müəllim uşağı tərbiyə etməyə çalışır, lakin valideyn buna mane olur”.


Parlamentari gələcəyimizin bilavasitə təhsildən asılı olduğunu diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031