42 yaşlı polkovnik-leytenant vəfat etdi - Foto

13-04-2026, 09:38 956 dəfə baxılıb


Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, 42 yaşlı hərbçi uzunsürən xəstəlikdən həyatını itirib.


Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.


O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.


Cavid Cabbarov bu gün Beyləqan rayonun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031