Bayramlarını belə qeyd edirlər - Fotolar

12-04-2026, 13:54 953 dəfə baxılıb


Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, Gəncə və ətraf bölgələrdə yaşayan pravoslavlar gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd edirlər.


Ötən gecədən başlayaraq bayram münasibətilə ayinlər icra olunur, ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanır, şəhidlərin ruhuna dualar oxunur. İbadət edənlər arasında “Sumqayıt” PFK-nun baş məşqçisi Saşa İliç də olub. O, komandanın “Turan Tovuz” futbol klubu ilə oyunu öncəsi Gəncədə bayramı qeyd edib və Tovuza gedib.


Məlumat üçün bildirək ki, Gəncə və qərb bölgəsində 200-ə yaxın provaslav ailə yaşayır. Bu insanlar hər il Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə gələrək dini bayramlarını qeyd edirlər.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031