Sürüşmə nəticəsində yolu bağlanan Qonaqkəndə ərzaq aparıldı - Video

12-04-2026, 12:25 5 dəfə baxılıb


Xəbər verildiyi kimi, son günlər yağan intensiv yağışlar səbəbindən Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb və hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.


FHN Mətbuat xidmətindən “Yenisirvanli.info.az”a bildirilib ki, bununla əlaqədar aprelin 11-də Quba Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 3 ton ərzaq və gündəlik tələbat malları Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının xüsusi təyinatlı avtomobilinə yüklənilərək Qonaqkənd kəndinə göndərilib.


“Çətin keçidli və mürəkkəb relyefli ərazilərdən keçilərək mallar təyinat ünvanına çatdırılıb”, - deyə qeyd edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031