Nazirliyin yeni strukturunda 13 şöbə, 5 sektor formalaşdırılıb

6-04-2026, 18:14 932 dəfə baxılıb

 

Mədəniyyət Nazirliyinin Aparatının yeni strukturunun tərkibi məlum olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 


Bildirilib ki, hazırkı strukturda 13 şöbə, 5 sektor formalaşdırılıb.


Belə ki, Strateji inkişaf və kommunikasiya, həmçinin Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə və Maliyyə monitorinqi və auditi adlı yeni sektor yaradılıb.


Ümumilikdə Aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə edilməsi, İqtisadiyyat və maliyyə, Hüquq, Daxili nəzarət, Sənəd və vətəndaşlarla iş, Təchizat və əmlak şöbələri formalaşdırılıb.


Bundan başqa, Mədəniyyət Nazirliyinin Aparatında Kino sənayesi, Maliyyə monitorinqi və auditi, Elm və təhsil, Media ilə iş və Protokol xidməti sektorları da var.


Xatırladaq ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və Konsepsiya üzrə tapşırıqların icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi həyata keçirilir.


İdarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031