Azərbaycan XİN çağırış etdi

4-04-2026, 09:13 918 dəfə baxılıb

 

“4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir.


“Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmağa, yenidənqurmanı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olmağa davam edir.


Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqda davam edir.


Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və zərərçəkənlərə yardım göstərilməsinə dəstəyi gücləndirməyə çağırırq.


Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir”, - XİN bəyan edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031