Xırdalanda qəzalı binanın zirzəmisi satıldı - Ağacın kəsilməsinə görə tədbir görüldü
Xırdalan şəhərində beşmərtəbəli qəzalı binanın zirzəmisinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı bildirilir, ərazidəki ağacların kəsiləceyi ehtimal edilir...
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub.
“Faktla bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib”.
***
Pravda.az xəbər verir ki, bu barədə görüntüləri jurnalist Pərvin Abışova paylaşıb.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, tədbir görülməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Dövlət Ekoloji Təhlukəsizlik Xidmətinin əməkdaşları ərazidədirlər və araşdırma aparırlar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanlanıb.Poliqon.info
Yenisirvanli.İnfo.Az