ABŞ-nin Florida ştatının məşhur küçəsində Azərbaycan bayrağı ucaldılıb - FOTO

25-03-2026, 08:39 903 dəfə baxılıb


ABŞ-nin Florida ştatının Koral Qeybls şəhərinin məşhur və nüfuzlu küçələrindən olan Mirakl Mildə və "Ponce de Leon" Bulvarında Azərbaycan bayrağı ucaldılıb.


Yenisirvanli.info.az "Report"a istinadən xəbər verir ki, iki məşhur küçənin kəsişməsində yerləşən, müxtəlif ölkələrin bayraqlarının nümayiş olunduğu dirəklərə Azərbaycan bayrağı da əlavə olunub.


Layihə şəhərdə yaşayan Azərbaycan icmasının fəal üzvlərindən olan Leyla Hüseynin təşəbbüsü və Azərbaycanın ABŞ-dəki səfirliyinin, Koral Qeybls meriyasının dəstəyi ilə həyata keçirilib.


İcma nümayəndələri bildiriblər ki, hadisə yalnız bayrağın asılması deyil, eyni zamanda milli kimliyin, birliyin və mənsubiyyət hissinin ifadəsidir. Onların sözlərinə görə, Azərbaycan bayrağının bu nüfuzlu məkanda dalğalanması ştatda yaşayan azərbaycanlılar üçün böyük qürur mənbəyidir.


Hadisə sosial şəbəkələrdə də geniş əks-səda doğurub və Azərbaycan icması tərəfindən sevinclə qarşılanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031