Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar - FOTO

28-02-2026, 18:17 754 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb.


Yenisirvanli.info.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Namiq Eldar oğlu Həsənov təyin edilib.

 Qeyd edək ki, əvvəllər sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.


Bundan əvvəl DSMF-də filialların sayı 7-dən 8-ə yüksəlib.


Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial yaradılıb və Əlipaşa Rauf oğlu Mirzəyev direktor təyin olunub.


Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031