Hakimlərin Seçki və Qiymətləndirilməsi komitələrinə üzvlər seçildi

28-02-2026, 15:18 764 dəfə baxılıb

 

Fevralın 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, iclasda məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.


Həmçinin Azərbaycan Hakimlərinin II Forumu və Forum çərçivəsində keçirilmiş panel müzakirələrin, “Rəqəmsallaşma və süni intellektin tətbiqi” panelindəki mövzuların əhəmiyyəti və bu sahədə qarşıda duran hədəflər diqqətə çatdırılıb.


İclasda həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış “Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqlərin aparılması qaydaları” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihəsi müzakirə edilib.


İclasda “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi təsdiq edilib.


Bundan əlavə, gündəliyə uyğun olaraq, Hakimlərin Seçki Komitəsinə və Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib.


Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031