Bu ölkələrdə Ramazan ayı başladı

18-02-2026, 10:18 631 dəfə baxılıb

 

Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.


Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.


Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayı sabah, fevralın 19-u başlayacaq. Belə ki, Türkiyə, Suriya, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Sinqapur, Malayziya, Bruney, Filippin, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.


İranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031