Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR

7-03-2025, 19:03 465 dəfə baxılıb

 

Memar Elçin Əliyev Yasamal rayonu ərazisində aparılmış tikintilərin yaratdığı təhlükə barədə əhəmiyyətli məlumat paylaşıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, memar Yasamal rayonu Şəfayət Mehtiyev küçəsi boyunca həyətlərə girişin sonradan inşa edilmiş tikililər trəfindən tam bağlandığını bildirib. E.Əliyevin sözlərinə görə, bu böyük təhlükədən xəbər verir:

“Sadəcə, maraqlıdır ki, yanğınsöndürən maşını yanan binanın həyətinə girə bilməyəndə yanğın baş verərsə, şəxsən kim məsuliyyət daşıyacaq? Nəzərə alın ki, Şəfayət Mehtiyev küçəsinin uzun hissəsi boyunca həyətlərə tamamilə bütün girişlər tikililərlə bağlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saysız-hesabsız dükanların tikintisinə belə icazələr verərkən sabahı, Allah eləməsin, gələcək faciələri düşünürlər, yoxsa ayrı-ayrı məmurların bugünkü qazancı daha önəmlidir?
Bəs Fövqəladə Hallar Nazirliyi niyə susur?”.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031