Şiddətli töhmət alan məktəb direktoru və müəllim işdən çıxarıldılar

7-03-2025, 18:59 283 dəfə baxılıb

 

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi və direktoru tutduğu vəzifədən azad ediliblər.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, məktəbdə qanun pozuntuları və vəzifə səlahiyyətlərinin düzgün icra edilməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər Təhsil İdarəsinə ünvanlanan müraciət əsasında araşdırma aparılıb.

Aparılan yoxlamalar nəticəsində 5A sinifinin sinif rəhbəri Abbasova Günay Pənah qızının vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi müəyyən edilmiş və o, sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. Bundan əlavə, məktəbin direktoru Gülbəniz Bayramova da vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb.Yenidən aparılan araşdırma nəticəsində məktəbdə aşkar edilmiş korrupsiya faktları və digər ciddi qanun pozuntuları nəzərə alınaraq, Gülbəniz Bayramovanın məktəb direktoru vəzifəsinə xitam verilmişdir.

G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunub.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930