Azərbaycan Milli Qvardiyasına - Komandan təyin edildi

6-01-2026, 16:24 182 dəfə baxılıb

 

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.


“Yenisirvanli.info.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Sərəncam imzalanıb.


Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.


Qeyd edək ki, ötən il Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Fərid Əsgərov təyin olunub. F. Əsgərovun təyinatından sonra isə Xidmətdə islahatlara başlanılıb, bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Həmin islahatların davamı olaraq 13 il Azərbaycan Milli Qvardiyasına komandanlıq etmiş general-mayor Akif Yusifov da vəzifəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031