Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - Video

25-12-2025, 15:19 122 dəfə baxılıb

 

Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə “Səma qurbanları” adlı qısametrajlı film hazırlanıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevadır. 


Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları - kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.


Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.


Sözügedən videonu təqdim edirik: 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031