Sabunçuda Həmrəylik Günü qeyd olundu - Fotolar

22-12-2025, 16:27 136 dəfə baxılıb


Sabunçu rayonunda dekabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Şanlı Zəfərdən Yeni Zirvələrə: Qalib Xalq-Güclü Dövlət” mövzusunda bayram tədbiri keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Tədbirdə çıxış edən Sabunçu RİH başçısı Adil Vəliyev 1991-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib. O, xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, 5 il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu deyib.


Digər çıxışçılar da ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında məhz bu birlik və inamın dayandığını vurğulayıblar.


Tədbirin sonunda bir qrup YAP fəallarına diplom və yubiley hədiyyələri təqdim edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031