Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib

16-12-2025, 17:51 118 dəfə baxılıb

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilib.


Yenisirvanli.info.az  xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək önünə əklil və gül dəstələri qoyublar.


Daha sonra qurultay işinə başlayıb.


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin qurultay iştirakçılarına salamlama məktubunu oxuyub.


Reqlamentə uyğun olaraq, qurultayın rəyasət heyəti, mandat, redaksiya və hesablayıcı komissiyalarının tərkibi və katiblik seçilib, gündəlik təsdiqlənib.


Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da AHİK-in VIII Qurultayı işini başa çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031