Gündüz İsmayılov: "Din xadimlərin heç də hamısının savadı kifayət qədər deyil"

15-12-2025, 13:33 111 dəfə baxılıb

 

"Dinin mənəviyyat və mədəniyyət nöqteyi-nəzərdən çatdırılmasında təhsilin rolu böyükdür".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.


Onun sözlərinə görə, bu gün müzakirə edilən məsələlərdən biri də din ilə bağlıdır:


"Din ilə bağlı məlumatlar adətən üç mənbədən - birinci ailə, ikinci təsadüfü şəxslər, kütləvi informasiya vasitələri, üçüncü isə din xadimləri (mollalardan) - alınır.


Ailələrin hər birinin dini bilikləri varmı? Sosial şəbəkələr nə qədər etibarlıdır ki, bu bilikləri oradan alaq? Biz bəzi məlumatların xüsusilə sosial şəbəkələrdə yanlış olduğunu görürük. Dini ayin və mərasimləri həyata keçirən din xadimlərin isə heç də hamısının savadı kifayət qədər deyil".


O qeyd edib ki, mükəmməl və sağlam dini biliklərə sahib şəxslərin olmasına ehtiyac var:


"Xurafat, dini fanatizmlə, məzhəbçiliklə mübarizə aparmaq, milli-mənəvi dəyərlər üçün başqa haradan dini bilik əldə edə bilərik? Təbii ki, bu təhsildir, məktəblərdir.


Din-təhsil məsələsinə toxunduqda Azərbaycanın dünyəvi dövlət olduğu nəzərə alınır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mənəviyyat və mədəniyyət nöqteyi-nəzərdən çatdırılmasında təhsilin rolu böyükdür. Dinin, İslamın məqsədlərindən danışılarsa, insanların məzhəbçilik, xurafat, dini fanatizm kimi mövzuları ilə mübarizə apara bilərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031