İcra başçısından YENİ TƏYİNATLAR: Sürücüsünü baş mütəxəssis təyin etdi

25-11-2025, 14:23 112 dəfə baxılıb

 

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.


Yenisirvanli.info.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.


Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.


Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031